"Günəşli" yatağında qəzada itkin düşən neftçilərdən daha birinin meyiti tapılıb
"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərdən daha birinin meyiti tapılıb.
APATV-nin FHN-in saytında istinadən verdiyi məlumata görə, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.
Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.
OXŞAR XƏBƏRLƏR
19:34
543
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
707
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1463
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1243
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1196
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
633