İran və Ermənistan yeni beynəlxalq dəhliz yaradır - RAZILAŞMA
Ermənistanın nəqliyyat naziri Qaqik Beqlaryan bir həftə öncə Tehrana səfəri zamanı keçirdiyi görüşlərin detallarının açıqlayıb.
APA-nın məlumatına görə, o, “Azadlıq radiosu”nun yerli bürosuna açıqlamasında İranla Ermənistan arasında yeni beynəlxalq dəhlizin yaradılması barədə razılığın əldə olunduğunu bildirib. İranın birinci vitse-prezidenti Əsgər Cahangiri və rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə danışılar apardığını deyən Q. Beqlaryanın sözlərinə görə, bu dəhliz Hindistanı İran, Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsi ilə Avropaya birləşdirəcək: “Bizim hesablamalarımıza görə, bu yol Azərbaycan və Türkiyədən keçən yola nisbətən daha ucuz olacaq. İrandan keçməklə Avropa və Rusiyaya daşınacaq bütün yüklər Erasxa magistral yolla, oradan Potiyə qatarla, oradan Avropaya isə bərə ilə çatdırılacaq”.
Nazir bu layihənin həyata keçməsi üçün bu il Şimal-Cənub avtomagistralının Sünik və Vayodzor hissəsinin tikintisinə başlanılacağını deyib: “Yolun bu hissəsləri isə Gürcüstanın Qara dəniz limanı ilə dəmiryol rabitəsi olan Erasx stansiyasına birləşəcək”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib