Əbülfəs Qarayev: “Turizm lisenziyalarının ləğvi qiymətləri aşağı salmayacaq”
"Dünyada baş verən iqtisadi böhran vəziyyətini nəzərə alaraq, bu il Azərbaycana gələn turistlərin sayında böyük artımın baş verəcəyini gözləmirik". APA TV-nin məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, bu il və növbəti il ərzində nazirliyin əsas məqsədi stabil rəqəmləri saxlamaqla, əsas fəaliyyət istiqamətini daxili turizmin inkişafına yönəltməkdir: "Qonşu ölkələrin iqtisadi vəziyyəti düzələndən sonra turistlərin sayında artımın baş verəcəyini gözləyəcəyik".
"Azərbaycanda Ümumi Daxili Məhsulda turizmin payı 1 milyard 300 milyon manatdır" deyən nazir vurğulayıb ki, ÜDM-in 4 faizi bu sektorda formalaşır. Nazir bu vəsaitin Azərbaycana gələn turistlərdən və daxili turizmdən daxil olduğunu söyləyib. Ə.Qarayev bu sahədə lisenziyaların ləğv olunmasının turizm obyektlərində qiymətlərin aşağı enməsinə təsir edəcəyini gözləmədiyini də vurğulayıb: “Biz lisenziyaları verəndə heç kəsə əziyyət vermirdik, turizm obyektləri lisenziyaları internet vasitəsilə alırdılar. Ancaq xahiş edirəm, nəzərə alınsın ki, lisenziyaların ləğvi o demək deyil ki, turizm sahəsi nəzarətsiz qalacaq. İnsanların hansısa məsuliyyətsiz turist təşkilatının fəaliyyəti nəticəsində əziyyət çəkməsinə yol verməyəcəyik. Turizm obyektlərinə müxtəlif formalarda - bank təminat miqdarlarının hesabına, keyfiyyət dərəcələrinin müəyyənləşdirilməsi vasitəsilə nəzarət edəcəyik”.
Nazir qeyd edib ki, ötən ilin sonunda nazirlik tərəfindən strukturda islahatlar keçirilib: "Bu proses davam edəcək. Lazım olduqda işləməyən müəssisələr ixtisar olunacaq. Amma eyni zamanda işləyən, yeni müasir üsulla çalışan müəssisələrin inkişafına sözsüz ki, təkan verəcəyik".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib