İran və Fransa terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq edəcək
İran prezidenti Həsən Ruhaninin 17 il sonra Fransaya gerçəkləşdirdiyi ilk səfəri başa çatıb.
APA TV-nin məlumatına görə, tarixi səfər zamanı hökumətlər və biznes dairələri arasında bank sektoru, ixracat, səhiyyə və ətraf mühit sahələrində birgə əməkdaşlıqla bağlı sənədlər imzalanıb.
Həsən Ruhani və onun fransalı həmkarı Fransua Olland arasında terrorizmlə birgə mübarizə və dünyada cərəyan edən münaqişələr, eləcə də qlobal iqtisadi böhranla mübarizə məsələlərində razılıq əldə olunub.
Sözügedən səfər rəsmi Tehranla altılıq ölkələri arasında İranın nüvə proqramına dair tarixi razılaşmaların əldə olunmasından həftələr sonra reallaşıb.
Fransua Olland rəsmi Tehranın nüvə razılaşmasına əməl etməsinin vacibliyini vurğulayıb. Həsən Ruhani həmkarının fikrinə şərik çıxaraq, hər iki tərəfin götürdüyü öhdəliklərə əməl etməli olduğunu söyləyib.
Tərəflər eyni zamanda Suriya məsələsini də müzakirə edib. Həsən Ruhani qeyd edib ki, bu məsələdə terrorizmlə mübarizə Suriyanı gələcəkdə kimin idarə edəcəyindən daha vacibdir.
“Ölkənin taleyi ilə bağlı qərarı Suriya xalqının özü verməlidir. Suriya xalqının seçkilərə getmək istəyinin olması çox vacibdir. Hər kəs də xalqın seçimi ilə razılaşmalıdır. Hazırda Suriyanın əsas problemi xalq deyil, terrorizmdir. Əsas problem İŞİD-dir”.
Hər iki lider Suriya məsələsinin diplomatik yolla həllinin vacibliyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib