Azərbaycan Gürcüstandan diri heyvan və ət idxalına qadağa qoydu
Bu gündən Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı rəsmən müvəqqəti qadağan ediləcək.
Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib.
Qadağanın səbəbi Gürcüstanda xırda və iribuynuzlu mal-qara arasında Göydil virusunun yayılmasıdır. Artıq bununla bağlı Dövlət Baytarlıq Nəzarəti Xidmətində məlumat var, bu gün də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumat daxil olacaq. Bununla əlaqədar bu gün Gürcüstandan diri heyvan və heyvan mənşəli məhsulların idxalına rəsmən müvəqqəti qadağa qoyulacaq. Bununla bağlı Azərbaycanın müvafiq dövlət qurumları da məlumatlandırılacaq.
OXŞAR XƏBƏRLƏR
19:34
551
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
715
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1471
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1244
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1197
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
633