Piyadanı vuran avtobus sürücüsü qaçdı, sonra...
Ötən gecə Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Badamdar qəsəbəsində qeydə alınıb.
Avtobus sürücüsü Mehman Əsədov qəsəbənin Mikayıl Müşfiq küçəsində yolu keçmək istəyən piyadanı vurub. Piyadanı vurandan sonra sürücü avtobusdan düşərək hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Piyada İsrafil Xankişiyev dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Hadisə yerindən qaçan sürücü Mehman Əsədov sonradan xəstəxanaya gələrək xəstənin vəziyyəti ilə maraqlanıb. Baş vermiş hadisə ilə əlaqədar Səbail Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
19:34
551
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
716
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1471
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1244
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1197
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
633