İsveç 80 min miqrantı deportasiya edəcək
İsveç sığınacaq üçün müraciət edən 80 minə yaxın miqrantı deportasiya edəcək. "Euronews"un xəbərinə görə, təkcə keçən il ölkədən 165 min nəfər sığınacaq istəyib.
Ölkənin daxili işlər naziri Anders Eqemen tərəfindən verilən açıqlamada bu rəqəmin ən azı 60 min nəfər olacağı ifadə edilirdi. Məlumatda deyilir ki, ölkəni tərk etməyənlərə qarşı zor tətbiq ediləcək.
Məlumat üçün bildirək ki, İsveç İraq, Suriya və Əfqanıstandan gələn miqrantların Almaniya və Avstriyadan sonra ən çox müraciət etdikləri ölkələr sırasındadır. Müraciətləri qəbul edilməyənlərin böyük bir qismini əfqan və iraqlılar təşkil edir.
İsveçin miqrantlardan imtina etməsinin səbəbi kimi ehtiyac olan işçi qüvvəsinin tam təmin olunması ilə yanaşı, son günlər ölkədə miqrantların iştirakı ilə baş verən qanlı hadisələr göstərilir.
Xatırladaq ki, ötən həftə İsveçdə sığınacaqda çalışan 22 yaşlı qadın nəzarətçi 15 yaşlı miqrant tərəfindən bıçaqlanaraq öldürülüb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib