Lənkəranda oğurluqla məşğul olan dəstə ələ keçdi
Lənkəranda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Bu barədə APA TV-nin cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin baş müstəntiqi, polis kapitanı Toğrul Hüseynov məlumat verib.
Onun sözlərinə görə, saxlanılan altı nəfərlik dəstə üzvlərindən biri həddi-büluğa çatmayan olmaqla hamısı rayonun Sütəmurdov kənd sakinləridir. Onlar ötən ilin dekabrından bu ilin 13 yanvar tarixlərinədək dövrdə dəyəri ümumilikdə 200 min manatdan çox olan qızıl-zinət əşyalarının, qiymətli daş-qaşların, nağd pulun, silah və seyfin, həmçinin digər əşyaların oğurlanmasında təqsirli bilinirlər: "Şükürzadə Əli Tərlan oğlu 2015-ci ilin dekabr ayından 2016-cı ilin yanvarın 13-dək həmkəndliləri Cəfərov Qədir Zahir oğlu, Kərimli Ruslan Söhbət oğlu, Rəhimov Kamran Əliqulu oğlu, Quluzadə Vüsal Elman oğlu, İbrahimov Rövşən Əli oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Lənkəran rayonunun Sütəmurdov və Göyşaban kənd sakinlərinə məxsus fərdi yaşayış evlərindən külli miqdarda məişət əşyaları, qızıl-zinət məmulatları, eləcə də nağd pul oğurlayaraq ümumilikdə vətəndaşlara 137 min manat dəyərində maddi ziyan vurublar. Oğurlanmış əşyaların bir hissəsi maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib