Şahin Mustafayev Xaçmazda sahibkarlarla görüşdü
İqtisadiyyat naziri Şahin Mustafayev Xaçmaz rayonunda sahibkarlarla görüş keçirib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, görüşdə şimal bölgəsində fəaliyyət göstərən iş adamları iştirak edib.
Nazir çıxış edərək son illər Azərbaycanda sahibkarlığın inkişafı sahəsində görülən işlərdən danışıb. O, ölkə başçısı İlham Əliyevin imzaladığı müxtəlif fərman və sərəncamların bu sahənin inkişafı üçün əlavə stimul yaratdığını bildirib.
Daha sonra sahibkarlar müxtəlif problemlərini və təkliflərini nazirə çatdırıblar. Çıxış edənlər turizm zonası sayılan və 80-dən çox istirahət obyektinin olduğu Nabranın qazla təmin olunmasını, Xaçmaz-Nabran yolunun təmirini nazirdən xahiş ediblər.
Sahibkarlar güzəştli kreditlər, rayonda emal müəssisələrinin yaradılması, kənd təsərrüfatı torpaqlarını suvarılması ilə bağlı mövcud problemlərin həlli üçün Şahin Mustafayevdən kömək istəyiblər.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev sahibkarlara müraciət edib. O, iş adamlarından əsassız tələblər olduğu halda, birbaşa ona müraciət etmələrini xahiş edib. Ş.Xanbabayev Xudat şəhərinin içməli su probleminə toxunaraq, bu problemin həllinin vacibliyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib