Bakıda 32 yaşlı qadın onu zorlamaq istəyən qohumunun boğazını kəsdi
Gecə saatlarında Bakıda qanlı cinayət törədilib. APA TV-nin məlumatına görə, paytaxtın Xətai rayonu ərazisində, Tusi küçəsində Fətəliyev Hökməli Ağəli oğlu naməlum şəraitdə boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralı yoldan keçən şəxslər tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Boğazı kəsilən Hökməli Fətəliyev dərhal əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.
Xətai Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, Hökməli Fətəliyev tüfeyli həyat sürüb və yaşayış yeri yoxdur.
Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Aygün Elşad qızı Ələkbərova saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Hökməli Fətəliyev Aygünün həyat yoldaşının əmisidir. Aygün Ələkbərova ifadəsində, kirayədə qaldığı evə sərxoş vəziyyətdə gələn qohumunu ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün bıçaqladığını bildirib.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib