Əvvəllər işlədiyi marketi qarət etdi
Sumqayıt şəhəri ərazisində ticarət obyektlərindən oğurluqlar etmiş 3 nəfərdən ibarət dəstə üzvləri zərərsizləşdirilib.
APA TV-nin məlumatına görə, Sumqayıt şəhərində fəaliyyət göstərən bir neçə ticarət obyektinin sahibləri şəhər polis idarəsinə müraciət edərək, onlara məxsus mağazalardan oğurluqlar olunduğunu bildiriblər.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq və qarətdə şübhəli bilinən şəxslər həbs ediliblər. Bunlar Sumqayıt şəhər sakinləri Samir Nəcəfov, Elşad Həsənov və Şabran rayon sakini Paşa Əkbərovdur.
Məlum olub ki, dəstənin qarət etdiyi dükanlardan biri Samir Nəcəfovun əvvəllər işlədiyi "Şans" marketi olub. Dəstənin daha neçə cinayət hadisəsində iştirak etdiyini Sumqayıt polisi araşdırır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib