Abşeronda avtobus piyadanı vurub öldürdü
Ötən gecə Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Nübar qəsəbəsində 110 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub.
Hadisə yerinə təcili yardım çağırılıb. Ağır yaralı piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hazırda dünyasını dəyişən qadın piyadanın kimliyi polis əməkdaşları tərəfindən müəyyənləşdirilir.
Hadisəni törədən 110 saylı marşrut avtobusunun sürücüsü polis tərəfindən saxlanılıb. O, ifadəsində yolun qaranlıq olması səbəbindən qarşısına çıxan piyadanı görmədiyini bildirib. Avtobus cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:34
646
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
813
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1563
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1251
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1203
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
637