Suriyada bombalı hücum: 22 ölü, 100-dən çox yaralı
Suriyanın Hums şəhərində polis postuna bombalı hücum nəticəsində ikisi polis olmaqla 22 nəfər ölüb, 100-dən çox sakin də yaralanıb.
APA TV-nin xəbərinə görə, Londonda yerləşən Suriya İnsan Haqları Evi ölənlərdən 13-nün hökumət qüvvələrinin əsgərləri olduğunu bildirib.
Məlumatda deyilir ki, hücumu iki nəfər planlaşdırıb. Onlar üstlərində olan bombanı partladıblar. Hazırda bölgədə təhlükəsizlik qüvvələrinin sayı iki qat artırılıb.
Qeyd edək ki, Humsda bundan əvvəl baş verən bir neçə partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
OXŞAR XƏBƏRLƏR
19:34
646
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
813
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1563
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1251
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1203
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
637