Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 77 nəfərə çatdı
Dağıstanda iki ay ərzində “donuz qripi”nə yoluxan şəxslərin sayı 77 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə regional Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, xəstələrdən beş nəfəri pnevmoniyadan keçinib. Ölən şəxslərin peyvənd olunmadığı bildirilir.
“Ümumilikdə 91 yoluxma halı qeydə alınıb, onlardan 77-si A (H1N1), 14-ü isə A (H3N2) virusuna yoluxub”, - deyə qurumdan bildirilib.
Hazırda Mahaçqala xəstəxanalarında qripə yoluxmuş 248 xəstə müalicə alır. Onlardan 61 nəfəri uşaq olmaqla, 130-na pnevmoniya diaqnozu qoyulub.
OXŞAR XƏBƏRLƏR
19:34
646
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
813
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1563
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1251
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1203
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
637