Daşkəsəndə maşın körpüdən aşdı: vəzifəli şəxslər öldü
Daşkəsəndə iki vəzifəli şəxsin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün rayonun Bayan kəndi ərazisində qeydə alınıb.
Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri, 1953-cü il təvəllüdlü Hacı Məmmədov şöbəyə məxsus “Chevrolet Niva” markalı avtomobillə Daşkəsən şəhərindən Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın Qoşqar çayı üzərində olan körpüdən, təxminən 20 metr hündürlükdən çaya aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.
Avtomobildə olan sərnişin, 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini, Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyev isə ağır bədən xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib