İran prezidenti Avropaya getdi - 20 İLDƏN SONRA
İran prezidenti Həsən Ruhaninin Avropa səfəri bir sıra mühüm qarşılıqlı sənədlərin imzalanması ilə yadda qalıb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, son 20 il ərzində İran dövlət başçılarından heç biri Avropaya səfər getməyib.
Ruhaninin məqsədi ölkəsinə tətbiq edilən qadağaların ləğvindən sonra Avropa ölkələri ilə ticari-iqtisadi əlaqələrin bərpa edilməsidir.
Həsən Ruhani səfərinə İtaliyadan başlayıb və bu ölkənin baş naziri Rentsi ilə görüşüb. Görüşdə Suriyada və Yaxın Şərqdə baş verən hadisələr də müzakirə olunub.
"Əgər biz nüvə məsələsində razılığa gəlmişiksə, Suriya məsələsində də ortaq nöqtə tapa bilərik", - deyə İtaliyanın hökumət rəhbəri bildirib.
Ruhani də bu məsələlər münasibət bildirib. "Bizə təhlükəsiz Əfqanıstan, sakit Suriya və sabit İraq lazımdır. Livanda stabilliyin yaranması və Liviyada sülhün əldə olunmasında da maraqlıyıq. Məhz bu nəticələrə gəlmək üçün biz əməkdaşlıq etməliyik", - deyə Həsən Ruhani vurğulayıb.
Xatırladaq ki, İrana sanksiyalar tətbiq edilməmişdən əvvəl İtaliya bu ölkənin ən yaxın partnyorlarından olub.
Roma papası ilə də görüşünün gözlənildiyi İran prezidentinin daha sonra Parisə gedəcəyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib