Neft sürətlə ucuzlaşır - 30,34 dollar
Dünya birjalarında neft yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin 1 bareli 30.34 dollardan satılıb. WTI markalı neftin qiyməti də ucuzlaşıb. Mart ayının sonu üçün bağlanan fyüçerslərdə Qərbi Texas neftinin 1 barelinin qiyməti 29.46 dollardan müəyyənləşib. Analitiklərin fikrincə, sabah ABŞ-ın neft və benzin ehtiyatlarının həcminə dair hesabatlar açıqlandıqdan sonra ucuzlaşma prosesi daha da sürətlənəcək. Qeyd edək ki, sabah Amerika Neft İnstitutu və ABŞ Energetika Nazirliyi həftəlik xam neft ehtiyatlarının həcmini açıqlamalıdır. Treyderlər ehtiyatların həcminin artacağını, bu faktın neftin ucuzlaşmasına səbəb olacağını proqnozlaşdırır.
OXŞAR XƏBƏRLƏR
19:34
726
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
892
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1642
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1258
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1209
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
641