Bakıda Taxıl Kombinatının direktorunun qətlində şübhəli bilinən 3 nəfər tutuldu
Bakıda Taxıl Kombinatının direktorunun qətlinin üstü açılıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Saxlanılanlardan biri qətlə yetirilən kombinat direktorunun tanışı Mahurə adlı qadındır. Həmin qadın Ehtiram və Mübariz adlı şəxslərlə əlbir olaraq məlum qətli həyata keçiriblər. İlkin araşdırmalarla müəyyən edilib ki, qətli mərhumun tanışı Mahurə Hüseynova təşkil edib. Belə ki, o, tanışları Mübariz Əliyev və Ehtiram Həsənovla qabaqcadan əlbir olaraq Qalib Bağırovu öldürməyi və evini qarət etməyi planlaşdırıblar. Lakin qətli törədən qrup evdən cəmi 300 manata yaxın pul tapa bilib.
Qeyd edək ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Qətlə yetirilən Q.Bağırov Taxıl Kombinatının direktoru olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib