Azərbaycanın ən böyük vulkanlarından biri püskürdü
Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayonu Udulu kənd icra nümayəndəliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, püskürmə bu gecə saat 03.00 radələrində qeydə alınıb və səhər saatlarına qədər davam edib.
Udulu qəsəbəsi ərazisində püskürən vulkan Azərbaycanın ən böyük vulkanlarından biridir. Bundan əvvəl - 2013-cü ilin aprel ayında püskürən vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, Cənub-Şərqi Şirvan ərazisindədir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub. Vulkan palçığının orta qalınlığı 1 metr 20 sm-dir və 18 hektar sahəni örtüb.
OXŞAR XƏBƏRLƏR
19:34
722
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
888
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1638
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1258
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1209
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
641