MN: Azərbaycan Ordusu strateji yüksəkliyi nəzarətə götürüb
Azərbaycan Müdafiə Nazirliyi “Odundağ” yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi xəbərini təsdiqləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumatda qeyd olunur ki, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb: “Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.
OXŞAR XƏBƏRLƏR
19:34
722
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
888
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1637
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1258
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1209
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
641