Göyçayda qaz sayğacları sındırılıb - MÜƏMMA
Göyçay rayonunun Yekəxana kəndində təbii qaz sayğaclarına kütləvi şəkildə müdaxilə halları aşkar edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gecə naməlum şəxs kənddə 11 abonentin qaz sayğacına kəsici və deşici alətlə müdaxilə edərək, onların işləməsinə mane olub.
Kənar müdaxilə nəticəsində sayğacların şüşəsi deşilərək yararsız hala düşüb. Kənd sakinləri dərhal hadisə ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay xidmət sahəsinin əməkdaşlarına məlumat verib. İdarənin əməkdaşları sındırılan və deşilən sayğaclara baxış keçirib. Məlum olub sakinlərə məxsus 11 qaz sayğacına ciddi ziyan dəyib. Yararsız hala salınmış qaz sayğacları açılaraq laboratoriyaya göndəriləcək.
Qeyd edək ki, bu xoşagəlməz hadisənin kim tərəfindən törədilməsi hələlik məlum deyil. Ehtimal olunur ki, Yekəxana kəndinin sakinlərindən biri istifadə etdiyi təbii qazın pulunu ödəməkdən boyun qaçırmaq üçün bu yola əl atıb. Həmin şəxs özünə qarşı şübhə yaratmamaq üçün bir gecədə qonşuların da sayğaclarına ziyan vurub. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib