Qazaxıstanın baş naziri: "Neftin qiyməti 20 dollara enə bilər"
"Neftin qiymətləri aşağı səviyyədə 5-7 il ərzində qala bilər".
APA TV-nin məlumatına görə, bu barədə "Bloomberg" agentliyinə müsahibəsində Qazaxıstanın baş naziri Karim Masimov deyib.
"Neftin 1 barelinin qiyməti 30 dollar olduğu halda, Qazaxıstanda ÜDM istehsalı sıfır ətrafında olacaq. Biz dövlət büdcəsində neftin baza qiymətini 1 barelə görə 40 dollardan hesablamışıq, lakin bu rəqəm 30 dollaradək enə bilər. Neftin 1 barelinin qiyməti 16 dollara ensə belə, biz buna dözərik. Düzdür, bəzi layihələr korreksiyaya məruz qalacaq", - deyə Karim Masimov bildirib.
Baş nazirin proqnozuna əsasən, cari ilin birinci yarısında neftin 1 barelinin qiyməti 20 dollara enə bilər. Bununla belə, ilin ikinci yarısında bu rəqəm 30-40 dollaradək artacaq.
Xatırladaq ki, Qazaxıstan hökumətinin proqnozuna əsasən, bu il ÜDM artımı 2,1 faiz təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib