İngiltərədən Hindistana uçan təyyarə Bakıda təcili eniş etdi: sərnişin öldü
Londondan Hindistanın Mumbai şəhərinə uçan təyyarə Heydər Əliyev adına Hava limanına təcili eniş edib.
“APA-Economics”in verdiyi xəbərə görə, hadisə ötən gün baş verib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Sərnişinə təcili tibbi yardım göstərilib.
Qeyd edək ki, “Air İndia”ya məxsus “Aİ 130” tipli təyyarədə 229 nəfər sərnişin olub. Təyyarə ötən gün saat 19:00-da Londonun Hitrou havalimanından yola düşüb. Bu səhər saat 04:00-da isə Mumbainin Çatrapati beynəlxalq hava limanına enməsi planlaşdırılıb.
Məcburi enişlə əlaqədar təyyarənin bu gün saat 13:00-da Mumbaiyə çatması gözlənilir.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski “APA-Economics”ə bildirib ki, Bakıya təcili eniş edən təyyarənin göyərtəsindəki səhhəti pisləşən sərnişin dünyasını dəyişib.
Onun sözlərinə görə, səhhəti pisləşən şəxs 72 yaşlı Böyük Britaniya vətəndaşı olub. Təyyarə eniş etdikdən sonra məlum olub ki, o, artıq həyatını itirib. Onun vəfatına səbəb ürək çatışmazlığı olub.
P.Kəsəmənski əlavə edib ki, vəfat etmiş şəxsin qohumları onun meyitinin Bakıda qalmasını istəyiblər və hal-hazırda cənazənin yola salınması ilə bağlı işlər aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib