“Brent” nefti bahalaşmaqda davam edir - 33,38 dollar
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, həftənin ilk seanslarında birjalarda “Brent” markalı neftin qiyməti bahalaşaraq 33,38 dollar təşkil edib. Bu, həftə sonu qeydə alınan qiymətdən 1,2 dollar bahadır. “Brent” nefti ötən həftə boyu təqib etdiyi WTI markalı nefti ötüb keçməyə müvəffəq olub. Birjalarda mart fyüçersləri üçün WTI neftinin bir bareli 32,55 dollardan bağlanıb. Treyderlərin fikrincə, Avropa və ABŞ-da soyuq havaların hökm sürməsi neftə olan tələbatı artırıb, digər tərəfdən neftin ucuzlaşması ABŞ-da şist neft hasilatını səmərəsiz etdiyindən hasilat aşağı düşüb. Sonuncu ehtimalı doğru olub-olmamasını bu həftə açıqlanacaq iki hesabatdan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
19:34
735
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
907
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1650
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1258
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1210
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
642