Sumqayıtda dəhşətli qətl: sevdiyi qıza 26 bıçaq vurdu
Sumqayıtda 24 yaşlı qız qətlə yetirilib. Sumqayıt Şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Səbinə Salayevanın meyiti yaşadığı evdən bir neçə metr aralıda tapılıb. 1992-ci il təvəllüdlü qızın bədənində 26 bıçaq xəsarəti aşkarlanıb.
Səbinə Cavanşir qızı Salayevanı qətlə yetirən şəxsin Bakı şəhər sakini olduğu müəyyənləşib. Hadisə qısqanclıq zəminində baş verib. Polisdən qaçıb gizləndiyindən, hadisədə təqsirli bilinən şəxsin kimliyi hələlik açıqlanmır.
İlkin ehtimala görə, hadisəni törədən şəxs qızı sevdiyini dilə gətirib, əks tərəfdən yox cavabı alandan sonra onu xüsusi amansızlıqla qətlə yetirib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib