Sorosdan qorxunc iddia: “Avropa İttifaqı parçalanacaq”
Avropa İttifaqı parçalanmaq təhlükəsi ərəfəsindədir. APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bu fikirləri, multimilyarder Corc Soros bəyan edib.
Onun sözlərinə görə, Avropa İttifaqı üçün ikinci dünya müharibəsindən sonra olduğu kimi “Marşal planı” hazırlanmalıdır.
“Avropa İttifaqı parçalanmaq üzrədir. Bunu miqrant böhranından sonra hamı anlamağa başlayıb. Qaçqın axını, miqrantların ölkələr üzrə bölüşdürülməsi nəzarətdən çıxıb”, deyə Corc Soros bildirib.
O qeyd edib ki, Almaniya kansleri tərəfindən elan edilən “açıq qapı siyasəti”, ilk növbədə, ölkənin siyasi kapitalına zərbə vuracaq.
“Qaçqın böhranı Yunanıstan iqtisadiyyatında yaşanan və həlli olmayan problemlə üst-üstə düşüb. Artıq ortada bir sual qalıb - Avropanın iqtisadiyyatı əvvəl dağılacaq, yoxsa çox zəif vəziyyətdə olan Rusiya iqtisadiyyatı”, deyə Soros vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib