ABŞ-da güclü qar çovğunu: 10 nəfər öldü
ABŞ-da güclü qar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, qar çovğunu ölkənin şərq regionlarında tüğyan edir.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar Şimali və Cənubi Karolina, Kentukki və Qərbi Virciniya ştatlarında 70 minədək insan elektrik enerjisiz qalıb.
“Conas” adlı qar çovğunu bir neçə ştatın yollarında çoxsaylı yol qəzalarına səbəb olub. Yol-nəqliyyat hadisələri nəticəsində 10 nəfərin öldüyü bildirilir.
Pis hava şəraiti ilə əlaqədar Virciniya, Merilend, Pensilvaniya, Corciya, Kentukki ştatlarında və paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib.
OXŞAR XƏBƏRLƏR
19:34
753
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
933
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1668
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1261
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1213
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
645