Bakıda kütləvi dava: bıçaqlanan var
Bakının Yasamal rayonunda kütləvi dava olub. APA TV-nin məlumatına görə, hadisə Şərifzadə küçəsində baş verib.
Dostları ilə toydan çıxan 33 yaşlı Elgiz Şakir oğlu Mehdiyevin naməlum şəxslərlə mübahisəsi düşüb. Mübahisə daha sonra kütləvi davaya çevrilib. Dava zamanı həmin şəxslərdən biri üzərində gəzdirdiyi bıçaqla Elgiz Mehdiyevin kürək nahiyəsindən zərbə endirib. Yaralı dostları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.
Hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
19:34
753
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
933
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1668
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1261
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1213
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
645