Çin rəhbəri İrana səfər etdi - 14 İLDƏN SONRA
Çin Xalq Respublikasının sədri Si Cinpin Yaxın Şərqə səfəri çərçivəsində İrana gedib.
APA TV-nin xəbərinə görə, bu gün İran prezidenti Həsən Ruhani Sədabad sarayında Çinin dövlət başçısını qəbul edəcək.
Aralarında baş nazirin üç mavini və altı nazirin də olduğu geniş tərkibli heyətlə Tehrana gedən Si Cinpin 14 illik fasilədən sonra İrana səfər edən ilk Çin rəhbəridir.
Səfər çərçivəsində iqtisadiyyat, sənaye və mədəniyyət sahələrində 18 əməkdaşlıq protokolunun imzalanması planlaşdırılır.
İlk dəfə Yaxın Şərqə səfər edən Si Cinpin Səudiyyə Ərəbistanı və Misirdə olub. Onun Tehranda Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyin azaldılmasına yönələn danışıqlar aparacağı da gözlənilir.
Dünyanın ən böyük neft hasilatçıları sırasında 5-ci olan İran Çinə neft ixrac edən ölkələr arasında 6-cı yerdədir. İran bu ölkəyə sutkada 542 min barel neft ixrac edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib