ABŞ Rusiyaya qarşı sanksiyaları götürmək üçün şərtini açıqladı
ABŞ-ın dövlət katibi Con Kerri Davos Forumundakı çıxışı zamanı Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması perspektivlərindən danışıb.
APA TV-nin xəbərinə görə, C.Kerri deyib ki, bunun üçün rəsmi Moskva öz üzərinə düşən məsələlərin həllinə nail olmalı, bir neçə ay ərzində Minsk razılaşmasının tələblərini yerinə yetirməlidir.
Qeyd edək ki, Birləşmiş Ştatlar 2014-cü ilin mart ayında Krımın Rusiya tərəfindən işğalından sonra bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar ilk növbədə Rusiya bankları və şirkətlərini əhatə edir.
Bundan başqa, tətbiq edilən məhdudiyyətlər nəticəsində Rusiyanın yüksək vəzifəli şəxslərinin Birləşmiş Ştatlara girişinə də qadağa qoyulub.
Eyni zamanda Amerika istehsalı olan məhsulların Krım ərazisinə ixracı da sanksiyaların təsiri ilə yasaqlanıb. Sanksiyalar Birləşmiş Ştatlarda fəaliyyət göstərən şirkətlərin Krım ərazisinə sərmayə yatırmasını da qadağan edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib