Tacikistanda 13 min kişinin saqqalı zorla qırxıldı
Tacikistan hökuməti 13 min kişinin saqqalını zorla kəsdirib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, radikal İslamla mübarizə tədbirləri nəticəsində həmçinin 1700 qadın hicabı çıxartmağa məcbur edilib.
Tacikistan rəsmi xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, "ölkəni xarici təsirlərdən qoruma tədbirləri" çərçivəsində son həftələrdə 13 min kişinin saqqalı "çox uzun" və ya "səliqəsiz" olduğuna görə qırxılıb. Polis 1700 qadını hicablarını çıxartmağa "inandıra" bilib. Eyni zamanda qara çarşab geyinən 89 qadın fahişəlik etməkdə günahlandırılaraq saxlanılıb. Qara çarşab satan 169 mağaza isə bağlanılıb.
Tacikistan parlamenti keçən həftə yeni doğulan uşaqlara ərəb adları qoyulmasını qadağan edib. Əhalisinin çoxunu müsəlmanlar təşkil edən ölkədə keçən il islamçı partiya da qapadılıb. 1994-cü ildən hakimiyyətdə olan Emomali Rahmonun səlahiyyət müddəti 2020-də başa çatır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib