Eldar Sabiroğlunun oğlu həbsdən buraxıldı
Bu gün Binəqədi rayon Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı verilən vəsatətə baxılıb.
Bu barədə APA-ya məlumat verən R.Səfərovun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmə onların vəsatətini təmin edərək, R.Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
R.Səfərov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R.Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.
Məhkəmənin qərarına əsasən, R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
OXŞAR XƏBƏRLƏR
19:34
753
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
933
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1668
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1261
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1213
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
645