Gürcüstandan Azərbaycana gətirilən donuz cəmdəkləri zərərsizləşdirildi
Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi zərərsizləşdirilib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Ağstafa rayon Baytarlıq İdarəsi ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Ağstafa rayonunun Poylu kəndi ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Şəmkir Əjdər oğlu Abbasov tərəfindən "Jiquli-07" markalı 25 BF 883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkar edilib.
Ağstafa rayon Baytarlıq İdarəsinin rəisi Nofəl Qasımov: "Cəmdəklər şübhəli olduğu üçün, heç bir baytarlıq şəhadətnaməsi, heç bir sanitariya ekspertizasının tələb etdiyi sənəd olmadığına görə tərəfimizdən saxlanılıb və yerində akt tərtib olunub. İdarəyə məxsus olan soyuducu kamerada saxlanılan ətdən nümunələr Respublika Baytarlıq Laboratoriyasına göndərilib".
Müayinə zamanı cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması müəyyən edilib.
Cəmdəklərin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq, donuz cəmdəkləri Ağstafa rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər bütün bölgələrdə davam etdiriləcək, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib