Sankt-Peterburqda "donuz qripi" epidemiyası elan olundu
Rusiyanın Sankt-Peterburq şəhərində "donuz qripi" epidemiyası elan olunub.
APA TV-nin "Vesti.ru"-ya istinadən xəbərinə görə, "Rospotrebnadzor"un açıqladığı məlumata əsasən, şəhər sakinlərinin bu xəstəliyə yoluxmasının sayı artıq epidemik səviyyəyə yüksəlib.
Bu barədə qərar artıq qurumun regional idarəsinin rəsmi saytında da yerləşdirilib.
Bölgədən gələn xəbərlərdə təkcə Sankt-Peterburq şəhərində qripdən sonrakı ağırlaşmalar nəticəsində artıq 15 nəfərin öldüyü bildirilir. Ölənlərin hamısı qrip xəstəliyinin müxtəlif növlərinə yoluxan şəxslərdir.
Bu arada rəsmilər şəhərdə epidemik göstəricinin 30 faiz həddinə çatdığını açıqlayıb. Kəskin respirator virusa yoluxanlar arasında qrip xəstəliyinin səviyyəsi 80 faizdən yuxarıdır ki, onların da əsas hissəsini 3-6 yaş arası uşaqlar təşkil edir.
Bu xəstəliklə mübarizə aparanların 60 faizinin "donuz qripi"nə yoluxduğu artıq təsdiqlənib.
"Rospotrebnadzor" xəstələrin sayının artmaqda davam edəcəyi qənaətindədir. Bununla belə, tədris müəssisələrində hələlik dərslər dayandırılmayıb. Bu qurumlara lazım gələcəyi təqdirdə karantin elan edilməsi ilə bağlı xüsusi tapşırıq verilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib