Gəncədə tələbə qızlar təbii qazdan zəhərlənib
Gəncədə 3 tələbə qız təbii qazdan zəhərlənib. APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan Gədəbəy rayon sakinləri - 1998-ci il təvəllüdlü Günel Məmmədova, 1996-cı il təvəllüdlü Elşanə Nəbiyeva və 1997-ci il təvəllüdlü Nübar Qoşqarlı təbii qazdan zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
"Saat 22:00 radələrində 3 nəfər tələbə qız reanimasiya şöbəsinə müraciət edib. Onlar evdə qazın açıq vəziyyətdə qalması zamanı təbii qazla tənəffüs etdiklərinə görə vəziyyətləri nisbətən pisləşib və baş ağrısı əmələ gəlib. Hər üç xəstədə zəhərlənmə halı var idi. Hər üçünə tibbi yardım göstərildi".
Tələbələrə dərhal tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb. Onlar Gəncə Dövlət Universiteti, Humanitar və Tibb kolleclərində təhsil alırlar.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib