43 yaşlı Pirallahı sakini evində bıçaqlandı
Pirallahı rayonunda qanlı hadisə baş verib. APA TV-nin rayon sakini yaşadığı evdə bıçaqlanıb. Hadisə rayonun 28-ci məhəllə ev 14 ünvanında qeydə alınıb. 43 yaşlı Vüqar Yusifov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyat olunub. Həkimlər onun qarın nahiyəsindən bıçaqlandığını bildiriblər. Vüqar Yusifov əməliyyat olunduğu üçün polis əməkdaşları onun ifadəsini ala bilməyiblər. Hadisə yerinə polis tərəfindən baxış keçirilib. İstintaq üçün zəruri olan tədbirlər görülüb. Hələlik Vüqar Yusifovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
19:34
819
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1002
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1732
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1264
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1216
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
649