Balaxanıda maskalılar təqaüdçü prokurorun evinə basqın etdilər
Bakıda yaşayış evinə basqın olub. APA TV-nin məlumatına görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 74 yaşlı Vaqif Musayevin yaşadığı evə girən 3 maskalı şəxs onun və həyat yoldaşı, 68 yaşlı Nəcibə Musayevanın əl-qolunu və ağızlarını yapışqan lentlə bağlayaraq mənzildən 650 manat, 300 dollar və 5000 manat dəyərində zinət əşyalarını da götürərək qaçıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Vaqif Musayevin əvvəllər prokurorluq orqanlarında çalışdığı deyilir.
OXŞAR XƏBƏRLƏR
19:34
811
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
993
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1724
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1264
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1216
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
649