Türkiyənin məşhur iş adamı Mustafa Koç dünyasını dəyişdi
Türkiyənin məşhur iş adamı, "Koç Holding"in İdarə Heyətinin sədri Mustafa Koç 56 yaşında ürək tutmasından vəfat edib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün səhər İstanbulda idmanla məşğul olarkən M.Koçun vəziyyəti pisləşib. O, təcili şəkildə ilk olaraq yaxınlıqdakı Beykoz Dövlət Xəstəxanasına aparılıb.
Bir az sonra iş adamı helikopterlə özəl Amerikan Xəstəxanasına köçürülüb. Lakin həkimlərin 4 saat ərzində göstərdiyi bütün səylərə baxmayaraq, M.Koç yerli vaxtla saat 11.30-da ölüb.
M.Koç 1960-cı ildə Ankarada doğulub. Məşhur Koç ailəsinin 3-cü nəslinin nümayəndəsi və Rahmi Koçun böyük oğludur. İsveçrə və ABŞ-da təhsil alıb və Koç Qrupunda 1984-cü ildən çalışmağa başlayıb. 2003-cü ildən bəri "Koç Holding"in rəhbəri idi. O, ənənəvi Bilderberq toplantılarının təşkilatçılarından biri olub. İki qızı var.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib