Səlim Müslümov pensiyaçılarla görüşdü
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Tovuzda sığorta ödəyiciləri və pensiyaçılar ilə görüşüb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, qəbulda Şəmkir, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşlar iştirak edib. Qəbul “Açıq qapı” şəraitində keçirilib və qəbula gələn bütün vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərinin bir qismi pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri bağlı məsələləri əhatə edib.
Müraciətlərin bir qismi isə fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalları, sosial sığorta və digər məsələlərlə bağlı olub. Qurumun səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti təşkilatlara çatdırılması üçün qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
18:39
640
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
623
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
614
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1005
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1031
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1273