Hərbçilər şəhid ailəsini ziyarət etdi
20 Yanvar şəhidlərinin anım günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri şəhid ailəsinə baş çəkiblər.
APA TV-nın Qarabağ bürosunun xəbərinə görə, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini Abdulla Qurbaninin rəhbərlik etdiyi qrup rayonun Ayaq Qərvənd kəndinə gedərək, şəhid Rauf Fəxrəddin oğlu Vəliyevin ailəsinə baş çəkib.
Görüşdə Rauf Vəliyevin hərbçi dostları, yüksək rütbəli hərbçilər və kənd sakinləri iştirak edib. Polkovnik Abdulla Qurbani bildirib ki, müstəqilliyin ilk qaranquşları olan 20 Yanvar şəhidləri və torpaqların bütövlüyü uğrunda canından keçən vətən oğulları heç vaxt unudulmayacaq.
Qeyd edək ki, ötən il sentyabrın 27-dən 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb. Baş verən qanlı döyüşdə Rauf Vəliyev şəhid olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib