Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı 5 dəfə azalıb - RƏSMİ
Ötən ilin yanvar-dekabr aylarında Gürcüstandan Azərbaycana 63 567,3 min dollar dəyərində 3 455 ədəd minik avtomobili ixrac olunub.
Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 098 ədəd avtomobil və ya 5,08 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 4,21 dəfə azalıb.
Qeyd edək ki, ötən il ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 26,44% təşkil edib.
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 35,38%-ni təşkil edib.
Ötən il ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 10,91% təşkil edib.
Qeyd edək ki, 2015-ci ildə Gürcüstandan Azərbaycana 240 430,2 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin 12 ayı ilə müqayisədə 2,26 dəfə azdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib