Bakıda 15 gün əvvəl ata olan gənci qaynı öldürdü - TƏFƏRRÜAT
Bakıda ağır qətl hadisəsi törədilib. APA TV-nin məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində, Xasməmmədov küçəsində baş verib.
15 gün əvvəl ata olan 25 yaşlı Asif Tahir oğlu İsmayılov həyat yoldaşı və övladına baş çəkmək üçün qayınatasının evinə gedib. Orada Asif İsmayılovla 20 yaşlı qaynı Ziya Dilən oğlu Əzizov arasında mübahisə düşüb. Mübahisə zamanı qayın yeznəni bıçaqlayıb. Asif İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisədən sonra Ziya Əzizov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə təslim olub.
İlkin məlumata görə, qətlə borc pul söhbəti səbəb olub. Belə ki, Asif İsmayılovun qayınatası onun bacısından 2000 manat sələm alıb. Alınan borc vaxtında qaytarılmayıb və Asifin bacısı narazılığını bildirib. Bu səbəbdən Asiflə qaynı Ziya arasında mübahisə düşüb.
Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib