Musa Pənahov: "Azərbaycanda nəqliyyat tarifləri artırılmayacaq"
“Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur”. “APA-Economics”in xəbərinə görə, bu sözləri nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, qiymətlər olduğu kimi saxlanılacaq. Nazir müavini onu da bildirib ki, hazırda ölkəyə yeni gətirilən avtobusların xəttə buraxılması nəzərdə tutulur. O, həmçinin ictimai nəqliyyatda gediş haqlarının kart sistemi ilə ödənilməsi prosedurunun bütün avtobuslara şamil olunacağını deyib. Musa Pənahov bildirib ki, bu, insanlara xidmətin keyfiyyətini yüksəldir: “Yeni sistem insanlara rahatlıq yaradır, eyni zamanda avtobuslara minib-düşmə sürətini artırır, bu da avtobusların dayanacaqlarda daha az dayanmasına səbəb olur”.
OXŞAR XƏBƏRLƏR
19:34
837
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1020
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1751
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1265
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1216
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
649