MM sədrinin müavini: “Azərbaycan ATƏT-lə əməkdaşlığı bundan sonra da davam etdirəcək”
“Biz Azərbaycanın ATƏT-lə münasibətlərinə hər zaman önəm vermişik. Beynəlxalq təşkilatlardakı fəaliyyəti yalnız o təşkilat üçün deyil, özümüz üçün də vacib bilirik”.
APA TV -nin xəbərinə görə, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bildirib.
MM sədrinin müavini deyib ki, Azərbaycan ATƏT-lə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Bahar Muradova qeyd edib ki, ATƏT Parlament Assambleyası ilə münasibətlərdə hər hansı problem yoxdur. Baxmayaraq ki, onlar parlament seçkilərini müşahidə etmək üçün gəlmədilər.
Vitse-spiker əlavə edib ki, Azərbaycan bununla bağlı mövqeyini açıq şəkildə bildirib. Bahar Muradova qeyd edib ki, əməkdaşlıq hər zaman lazımdır. Bu əməkdaşlığa mane olan məsələlər nədirsə, bunu da açıq şəkildə vurğulamaq lazımdır.
Bundan başqa Bahar Muradova ATƏT Parlament Assambleyasının sədri İlkka Kanervanın Azərbaycana səfərinə də diqqət çəkib.
O, səfər çərçivəsində həm parlamentdə, həm də digər rəsmi orqanlarda görüşlər keçirəcəyini diqqətə çatdırıb:
"Fəaliyyətlərimizin hansı istiqamətdə getməsi və xüsusilə, Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar ATƏT-in bütün qurumlarının, o cümlədən, Parlament Assambleyasının rolunun artırılması ilə bağlı bizim mövqelərimizi çatdırmaq üçün çox gözəl bir imkan və fürsət olacaqdır".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib