Ailə üzvləri: Ələkrəm Hümbətov bizi Polşaya getmək adı ilə aldadaraq Ermənistana gedib
Azərbaycan vətəndaşlığından məhrum edilərək ölkədən qovulan separatçı Ələkrəm Hümmətov işğal olunmuş Dağlıq Qarabağa səfər edib.
“News.am"ın yazdığına görə, Ə. Hümmətov Dağlıq Qarabağdakı separatçı rejimin “parlament sədri” Aşot Qulyanla görüşüb. O, talış xalqının öz dövlətini yaratmağı arzuladığını və “talış milli hərəkatı”nın bu məqsəd uğrunda mübarizə apardığını söyləyib. Tərəflər “erməni və talış xalqlarını çoxəsrlik dostluğu” haqqında danışıblar. Ə. Hümmətov iddia edib ki, onun soydaşları Qarabağ xalqının müstəqil dövlət yaratmaq yolunda nailiyyətlərini diqqətlə izləyir.
Hollandiyadakı «Azərbaycanın dostları» Cəmiyyətinin sədri Elman Mustafazadə APATV-yə açıqlamasında bildirib ki, o, Ermənistana getməzdən öncə Ələkrəm Hümbətovla görüşüb və onu bu fikrindən daşındırmağa çalışıb.
Elman Mustafazadənin sözlərinə görə, Ələkrəm Hümbətov ailəsini aldadaraq Polşaya getdiyini deyib və onun hərəkətindən daha çox ailəsi əziyyət çəkir.
Qeyd edək ki, Cənub zonasının ziyalıları dünən Ələkrəm Hümbətovun Ermənistana səfərini pisləyən bəyanatla çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"