İŞİD təsdiqlədi: "Cihadçı Con" öldürülüb
İŞİD terror təşkilatı "Cihadçı Con" adlı cəlladın ölüm xəbərini təsdiqləyib. ABŞ-ın ötən ilin 12 noyabrında İŞİD-İN qalası Raqqaya keçirilən hücum əməliyyatında "Cihadçı Con" ləqəbli Böyük Britaniya vətəndaşı Muhammed Emvazinin öldürülməsi xəbəri təxminən iki ay sonra terror təşkilatı tərəfindən doğrulanıb. İŞİD-ə məxsus elektron jurnalın son sayında "Cihadçı Con"un öldürüldüyü rəsmən etiraf edilib.
Emvazi İŞİD-in siması olaraq məşhurlaşdıqdan sonra internetdə onun yüklədiyi çoxsaylı foto və görüntülər ortaya çıxmışdı. Qeyd edək ki, ABŞ hərbçisi polkovnik Stiv Varren noyabrın 13-də Emvazinin öldürülməsi haqqında açıqlama vermişdi. "Cihadçı Conun öldürülməsinə əminik. Ancaq təsdiqlənməsi zaman alacaq".
Cihadçı Con aralarında jurnalistlər James Foley ve Steven Sotloffun da olduğu bir çox şəxsin başının kəsildiyi edam mərasimlərinin əsas icraçısı olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib