Xəzərdə qalmış üç balıqçı xilas edildi
Yanvarın 16-da saat 18:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Mayak” sahil nəzarəti məntəqəsinə bir qayığın 3 nəfər balıqçı ilə birlikdə dənizdən qayıtmadığı barədə məlumat daxil olub.
DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 3,8 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib.
Neftçala rayon Kürkənd kənd sakinləri Əhmədov Taleh Hacıbala oğlu, Şirəliyev İxtiyar Şirəli oğlu və Ağacanov Bəxtiyar Əsəd oğlu 17 yanvar saat 00:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.
OXŞAR XƏBƏRLƏR
19:34
855
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1042
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1767
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1267
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1218
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
651