Sumqayıtda 45 yaşlı qadın kirayə qaldığı evdə öldürüldü - ŞOK GÖRÜNTÜLƏR
Sumqayıt şəhərində qətl törədilib. Şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə 14-cü məhəllə, ev 12/21 ünvanında qeydə alınıb. Mənzilin işiqlarının gecə və gündüz yanılı vəziyyətdə qaldığını və dəhlizdən kəskin qoxunun gəldiyi barədə məlumatı sahə müvəkkilinə qonşular veriblər. Hadisə yerinə gələn Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları qapının acıq olduğunu görüb içəri keciblər və meyit aşkarlayıblar. Araşdırmalar zamanı məlum olub ki, bıçaqlanaraq qətlə yetirilən qadın həmin ünvanda kirayədə yaşayan Siyəzən sakini, 45 yaşlı Arzu Mehbalı qızı Nəcəfovadır. İlkin ehtimala görə qadının 3 gün əvvəl qətlə yetirildiyi müəyyənləşib. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"