Lənkəranda iki maşın toqquşdu: 3 yaralı
Lənkəranda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə yanvarın 19-da saat 11.00 radələrində Ələt-Astara magistralının rayonun Parakənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara rayon sakini Elman Həsənovun idarə etdiyi “Mercedes” markalı, 42 BT 875 dövlət nömrə nişanlı minik avtomobili digər Astara sakini Mircavan Qasımovun idarə etdiyi “Hyundai” markalı, 99 HP 910 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyməklə yanaşı, onların sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib