FHN Akademiyasında 20 Yanvar şəhidləri anıldı
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, əvvəlcə mərasim iştirakçıları Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Sonra Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov mərasimi açaraq bildirib ki, müstəqilliyimiz uğrunda mübarizədə həlak olan Qanlı Yanvar şəhidlərinin xatirəsi hər zaman ürəklərdə yaşayacaq. O, 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib və həmin ağır günlərdə ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəyliyini nümayiş etdirdiyini, məhz onun yenidən siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.
Toplantıda çıxış edən Akademiyanın elmi-tədqiqat şöbəsinin elmi işçisi Rüfət Quliyev 20 Yanvar hadisələrinin tariximizdəki yerindən danışaraq, baş vermiş faciəni sovet rejimi tərəfindən xalqımıza qarşı həyata keçirilmiş cinayət faktı olduğunu qeyd edib.
Sonda Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib